Page 52 - Bagater Arabuli_Layout 1
P. 52

Bağater Arabuli




                   axirәtin qapısının önündә indi, yәqin.
                   Hıçqırır, için-için ağlayıram sәninçün,

                   itirdiyin bir gilә, qazancın mindi, yәqin.
                   Bizi qarabaqara izlәyir kölgәmiztәk
                   hәr gün ölüm qorxusu, kabus kimi dünyada.
                   Sәn әbәdi yuxuda – dәrgahında Allahın,
                   mәnsә bu etibarsız, zalım, fani dünyada...



                   * * *

                   Ay görüş yerimiz olsun,
                   gecәlәr sәn
                   mehriban baxışlarla seyr et ayı...
                   Bu uzaq ölkәdәn boylanım ona mәn dә.
                   Baxışlarımız ayda görüşüb
                   sonsuz sevgiylә bir-birini oxşasın...



                   * * *

                   Sәn ayın o biri üzündә yaşayırsan,–
                   zülmәtә bürünmüş, kimsiz-kimsәsiz,
                   gecә külәyinin uğuldadığı yerdә...
                   Burdasa, hәr şey sükut içindәdir,
                   bütün dünya kövrәk işığına bürünüb ayın.
                   Sәnsә ayın o biri üzündә yaşayırsan...









                  52
   47   48   49   50   51   52   53   54   55   56   57