Page 55 - Bagater Arabuli_Layout 1
P. 55

Gündüz yuxuları




                Rahatsızlıq
                Murman Kikvidzeyә

                Biz kim idik әvvәllәr? Bәs bu gün kimik?
                Düşünüb sadalayıram:
                                              1
                nә Parnavaz, nә Vaxtanq, nә Davit !
                Keçmişin böyük döyüşçülәri,
                qәhrәmanları ta nә gәzir.
                Soldu, tükәndi millәtimizin şöhrәti!..
                Günәşli havalar yağmurlu havaya döndü bizim
                “sәyimizlә”,
                yıxılan qalalar incik düşdü bizdәn.
                Biz, taleyi tükdәn asılı qalan
                vәtәni özümüz satdıq.
                Hamımız bir nәfәr kimi
                düşünmәdәn yadlara hәdiyyә etdiyimiz
                yurd yerini ağlayırıq indi.
                Dәdәlәrimizin miraslarını –
                yaşıl-yaşıl otlaqlarımızı,
                bürcü-bürcü qalalarımızı,
                kilsәlәrimizi;
                daha, daha nәlәrimizi
                peşkәş etdik öz әlimizlә gәlmәlәrә.
                Hәtta qamaşmasın deyә gözlәri,
                günәş şüalarının belә kәsdik önünü.
                Çöllәrimizi xalça kimi ayaqlarının altına sәrdik
                qarşıladığımız hәr kәsin.
                Biz kim idik әvvәllәr? Bәs bu gün kimik?
                Düşünüb sadalayıram:



            1  Parnavaz, Vaxtanq, Davit – gürcü çarları
                                                     55
   50   51   52   53   54   55   56   57   58   59   60