Page 59 - Bagater Arabuli_Layout 1
P. 59

Gündüz yuxuları




                Kәndlilәrin qarşısına
                yaraq-yasaqlı çıxdı:
                “Zәhmәt çәkib gәldiyiniz üçün
                hamınıza minnәtdaram.
                Mәn özüm nәyәm ki –
                kәndin xeyrinә-şәrinә yaramayan
                kimsәsizin, yelbeyinin biri.
                Qocaldım, ay camaat!..
                Evim-eşiyim başıma yıxılır,
                biçәnәyim biçilmәmiş qaldı,
                oğlum Batira da pis vәziyyәtdә qoydu mәni –
                heç kişiyә yaraşan iş görmәdi,
                müharibәdә bu qәdәr qalmaqmı olar?..
                Nә atası yadına düşür, nә kәndi,
                Gülmәyin mәnә, ay camaat, gülmәyin.

                Nә dә demәyin ki, ağlını itirib.
                Bilirәm, ölsәm mәni yerdә qoymayacaqsınız,
                Yığışıb dәfn edәcәksiniz el adәtiylә…
                Bu arağı, pivәni isә
                mәni yad etmәyiniz üçün  gәtirmişәm,
                şamlar isә…  getdiyim yolu işıqlandıracaqlar…
                Gәlin gözәl xanımlar, tәnbәllik etmәyin,
                dörd yanımda әylәşib
                ağlayın yazıq Aparekanı…
                Hönkürün,
                bәlkә, ürәyim rahatlana,
                bәlkә, dәrdimi-qәmimi unudam bir az.

                Ey, kişilәr, siz isә buyurun masa arxasına arxamca,
                şam yandırıb Aparekanı yad edәk…
                Üç gün davam etdi Aparekanın dәfn mәrasimi…
                Üç gün Apareka Aparekanı ağladı…

                                                     59
   54   55   56   57   58   59   60   61   62   63   64