Page 58 - Bagater Arabuli_Layout 1
P. 58

Bağater Arabuli




                   torpağa tapşıran oğlu,
                   nә ona ağı deyib ağlayan
                   yeri-göyü göz yaşlarına qәrq elәyәn qızı.
                   Nә dә evlәrinә
                   gәlib-gedәni qarşılayıb
                   qonaq edәn, dәrdinә
                   qalan hәyat yoldaşı.
                   Uzun müddәt sәbir etdi Apareka.
                   Neçә güllü-çiçәkli yaz keçdi,
                   neçә-neçә dağların qarı әridi…
                   Qocaya, sevindirici bir xәbәr
                   gәtirәn olmadı müharibәdәn…
                   …Axırda lap darıxdı Apareka,
                   bәxtini söydü, küfr etdi:


                   “Başıma nә oyun gәtirdin? Nәdir günahım?”
                   Sәbәtlәrdә qalan arpanı silkәlәyib yerә tökdü,
                   günәşdә qurutdu.
                   Hәftә sonu isә Datvisinin
                   dәyirmanına sarı yönәldi.
                   pivә üçün üç gün buğda üyütdü Apareka,
                   üç gün  kisәlәr çiynindә
                   dәyirmana getdi-gәldi.
                   “Nә edir bu? Olmaya başına hava gәlib?
                   nәyinә lazımdır bu qәdәr un?” –
                   datvisililәr matsmaolulara dedilәr,
                   Qveletili Duram hәtta şeir dә qoşdu bu hadisәyә:
                   “Apareka, kiminçün üyüdürsәn buğdanı!”

                   “Araq, pivә çәkәcәyәm!” –
                   soruşanda cavab verirdi Apareka.
                   Araq da çәkdi, pivә dә qaynatdı…
                   hamını qonaq da çağırdı bir gün.

                  58
   53   54   55   56   57   58   59   60   61   62   63