Page 60 - Bagater Arabuli_Layout 1
P. 60
Bağater Arabuli
Üç gün qadınlar ağı dedilәr Aparekaya…
Dördüncü gecә isә
kәndin sükutunu
tüfәng sәsi pozdu…
Yaquar
Sәni dustaq edib, de, kimlәr burda,
Tökürlәr üstünә öz kinlәrini?
Qәfil sıçrayışın meşәnin haçan
qorxuya salacaq sakinlәrini?
Ziyafәt gözlәyir sәni meşәdә,
Sına, canındakı tәpәri sına.
Axı haçanacan dözmәlisәn sәn,
Bura gәlәnlәrin istehzasına?
Gün boyu qәzәbdәn titrә, gün boyu
gәmir, bu qәfәsi gәmir, yaquar.
Qula dönәnlәrә rәhm tanımır,
mәrhәmәt tanımır dәmir, yaquar.
Qәfәsә düşdünsә, ta bu dünyadan
bir dә xilas ola bilmәyәcәksәn!
Quyruq bulayırsan bir tikә әtçün
gözәtçi önündә itaәtlә sәn...
Dörd divar dalında boşu-boşuna
gün keçir, başını girlә belәcә.
Azadlıq hәsrәti dilsiz bacındır,
meşә xiffәtiylә çәrlә belәcә.
60