Page 65 - Bagater Arabuli_Layout 1
P. 65

Gündüz yuxuları




                * * *
                Hәr şey bitdi.
                Xırda vәrdişlәrdәn yaxa qurtara bilmirik.
                Gözәlliyi ağır yük kimi

                donquldana-donquldana
                aparırıq çiyinlәrimizdә...
                Hәr şey bitdi.
                Uzaqdakı zirvәlәr
                ta bizi cәzb etmir heç cür.
                yorğun-arğın bәdәnlәrimiz
                qanad açıb qopa bilmәz torpaqdan...



                * * *

                Dumana bürünür payız,
                günlәrin hәsrәti yarpaq şәklindә tökülür yerә...
                Haradan yol gәlir bu qәdәr kәdәr?
                Harada doğulur bu qәdәr külәk?
                Kimin göz yaşıdır yağışa qarışan?
                Haradan baş alıb gәlir bu soyuq?
                Eh, ötәn baharın qәnirsiz günlәri, eh,
                hansı mәmlәkәtdә,
                hansı sәmanın altında qışlayacaqsınız?




                Çiyinlik


                Gecәni götürüb
                hamınıza paylayıram:
                yas saxlayanlara, ağlayanlara,

                                                     65
   60   61   62   63   64   65   66   67   68   69   70