Page 70 - Bagater Arabuli_Layout 1
P. 70

Bağater Arabuli




                   kimsәsizlәr,
                   Mobi Dikin dalınca düşәnlәr
                   uyuyurlar burada ...
                   Susur mavi rәngli qәbiristanlıq,


                   başının üstündә qara mәrmәr – gecә durur...
                   Susur burda dәfn edilәnlәr dә.
                   Lakin hәrdәn onların da ruhları oyanıb


                   pozur sükutu.
                   Dәnizi uğultu ilә doldurub,
                   gömgöy fırtınalarla birlikdә
                   yuxarı millәnәrәk sәmaya çırpırlar özlәrini.
                   Sәmada isә qorxunc Poseydon
                   qiyamçıları yatırtmaq üçün
                   şimşәk qamçısını oynadır...
                   Susur mavi rәngli qәbiristanlıq,
                   başının üstündә qara mәrmәr – gecә durur...




                   * * *

                   Vәtәni kainat olan
                   azadlığın möhtәşәm ruhu, külәk!
                   Sәnә hәsәd aparıram.
                   Dağlardan arana qәdәr nә varsa,
                   hәr şey sәnә aiddir,
                   hәr şey sәnә tәslim olur:
                   meşәlәrin xışıltısı,
                   çiçәklәrin titrәyişi,

                  70
   65   66   67   68   69   70   71   72   73   74   75