Page 68 - Bagater Arabuli_Layout 1
P. 68

Bağater Arabuli




                   qışın fırçası ilә bәzәnmiş
                   meşәlәr orda qaldı, orda.
                   Orda qaldı – qarğa qanadlarının çırpıldığı
                   qurşunkeçirmәz qatı dumanlı bir mәkan,
                   zirvә qarı kimi toxunulmaz mәhәbbәt.




                   Mәn uzun sürәn qışdan çıxıb gәlirәm...
                   Qışdır mәnim vәtәnim!..
                   Dәrәlәrә pәrçim edilmiş
                   әtәklәrini – dağların,
                   qarın çilçırağı ilә işıqlandırılmış
                   gecәlәrin vә gündüzlәrin
                   keçdim uzun, qısa  dәhlizlәrini...
                   Vәtәnini itirmiş bir qәribәm,
                   sәnә gәldim, bahar!..
                   Mәn uzun sürәn qışdan çıxıb gәlirәm...
                   Qışdır mәnim vәtәnim!..



                   * * *

                   Külәk mart buludlarının rәngi solmuş “afişasını”
                   sәma lövhәsindәn qoparır...
                   Dәnizin üstündә köpük kimi azad,
                   “qağayı tüklәri” – qar dәnәlәri  titrәyir...
                   Uğuldayır okean,
                   lәpәlәrin kölgәsi göyә millәnir,

                   gәminin arxada buraxdığı dalğaların bәyaz izi
                   әriyib qeybә çәkilir yavaş-yavaş.
                   Gözdәn itir sahil dә.
                  68
   63   64   65   66   67   68   69   70   71   72   73