Page 71 - Bagater Arabuli_Layout 1
P. 71

Gündüz yuxuları




                çöllәrin aylı gecәlәri
                vә qar uçqunlarının xırıltılı sәsi.
                Hәr şeydә sәnin sәsin eşidilir,
                sәnin ruhun duyulur..



                Sәnә boyunduruq taxa bilmәzlәr,
                qandal vura bilmәzlәr әl-ayağına.
                Heç kimin ağlıyla oturub duran deyilsәn,
                әsmәk üçün, sәnә dar sahә ayıra bilmәzlәr.
                Sәni әsir saxlaya bilmәzlәr dәrәlәrdә,
                başını qaldırıb sәmaya baxmağı da
                qadağan edә bilmәzlәr sәnә...
                Sәnә hәsәd aparıram, külәk...




                Xәbәrdarlıq

                Mәhәl qoyma düşmәnlәrә,
                içindә çullanıb, düşünmәdәn
                sәnә palçıq atdıqları
                çirkli bataqlığa girmә sәn dә.
                İrәli get,
                orda, dağların arxasında
                günәş süaları ilә çәkilmiş freskalı
                saray durur...
                Düşmәnlәrinin sәsi
                oraya gәlib çatmayacaq...






                                                     71
   66   67   68   69   70   71   72   73   74   75   76