Page 76 - Bagater Arabuli_Layout 1
P. 76

Bağater Arabuli




                   tәk qoydular,
                   gecәnin nә vecinә...
                   Gecә oyanır,
                   sәni qaranlıqda sәssiz
                   göz yaşı tökmәyә çağırır yatağın.
                   Qәmli monoloq kimi çıxır sәsi.
                   uzaqda sürәtlә keçib gedәn qatarın.



                   2.

                   hamı unutdu sәni,
                   nә dostlar, nә düşmәnlәr
                   soruşmur halını;
                   sәni xәyanәtlә,
                   qisas vә acı dillә
                   zәhәrlәyib tәrk etdilәr,
                   gecә pıçıltıyla sәnә qanad tәklif edir.
                   Sәn yalnız gecәlәr xoşbәxt olursan...
                   Sonsuzluq lazımdır sәnә;
                   göyüzü öz nuruyla
                   çiyinlәrinә toxunur,
                   ulduzlar sayrışıb titrәyәrәk
                   sәmanın qapılarını açırlar sәninçün...
                   hamı unutdu,
                   nә dostlar, nә düşmәnlәr
                   soruşmur halını sәnin...


                   * * *


                   Kimdir meşәlәrdә
                   әlindә tozağacının bәyaz şamları gәzәn?
                   Hәsrәtini çәkdiyim gecәnin
                  76
   71   72   73   74   75   76   77   78   79   80   81