Page 78 - Bagater Arabuli_Layout 1
P. 78
Bağater Arabuli
günәşin qürubda baş qoyduğu,
kәdәrin boynuna sarmaşıq olan
tәpәlikdәki kәndi keçib,
dilsiz bir mәzar daşının üstünә buraxdı
daşıdığı yükü.
Qış
(eskiz)
Bәyaz paltar geyinmişdi dumandan külәk,
dişi-dişinә dәyirdi... hәm dә bu ara –
Ayla nallanmış göy üzü o qış gecәsi,
söykәmişdi dizlәrini qarlı dağlara.
Kölgәsinә sığınmışdıq o gecәnin biz,
lal-kar durub dinlәyirdik, bayırda isә
Bu yaşamın sanki әn son әlamәtitәk
qәmli-qәmli sәslәnirdi ağaclar bizә.
Xәfә dәrә uçqunları dibinә çәkdi,
uzaq yollar yoran çayın goru kimiydi.
Bir zamanlar xam dayçaya bәnzәyәn bu çay,
qımıldanmır, tәrpәnmirdi... ölü kimiydi.
Bәyaz paltar geyinmişdi dumandan külәk,
dişi-dişinә dәyirdi... hәm dә bu ara –
Ayla nallanmış göy üzü o qış gecәsi
söykәmişdi dizlәrini qarlı dağlara.
Ağı
Әmimin xatirәsinә
Torpaq pәrdәtәk örtüldü
üstünә, anidәn sәnin.
78