Page 80 - Bagater Arabuli_Layout 1
P. 80

Bağater Arabuli




                   Lütlәnmiş meşәnin “qapısının ağzında”
                   ağaclar budaqlarıyla әl çalıb bizi çağırırdı...
                   Rәqs edirdi qar dәnәlәri...
                   Onlarla birlikdә rәqs edirdi külәk dә,
                   Yuxulu çayın  qarşı sahilindә isә
                   duman sarayı ucalırdı...



                   Tbilisi


                   Ehtiramla baxıram yorğun bәdәninә;
                   üz qırışlarına bәnzәyәn tramvay xәtlәri
                   qocalıq әlamәtlәri...
                   His bağlamış sәmandakı
                   yeknәsәq, mәhzun mәnzәrәyә
                   baxıram kәdәrlә...
                   Prospektlәrinә, dalanlarına –
                   şişmiş damarlarına,
                   damarlarındakı qanın
                   isti axınına:
                   adamlara, maşınlara baxıram...
                   Yorğun bәdәninә
                   baxıram ehtiramla.



                   Oxucularıma

                   Göy üzündәn zınqırovtәk asılıb dağlar...
                   әsrarәngiz yaşıllığı oxşayır gözü.
                   Mәn hәlә dә buradayam, vaxt tapammıram
                   başqa dünyaya getmәyә, – tәrk edib sizi.

                   Mәn hәlә dә buradayam, qartdanmış ruhum
                   yenә qәfәs bәdәnimdә dustaqdı mәnim.
                  80
   75   76   77   78   79   80   81   82   83   84   85