Page 85 - Bagater Arabuli_Layout 1
P. 85
Gündüz yuxuları
Betsitsura
Yeddi oğlu var idi Betsitsuranın;
dost-düşmәni layiqincә qarşılayan yeddi igid,
kәndin yeddi ümidi,
qoşunun yeddi yenilmәz qılıncı...
Düşmәnә hücum edәrkәn yeddi ayğır yüyәn
gәmirirdi...
Yeddi cәngavәrin qolları arasında “çiçәk açırdı”
yeddi gözәl...
Yeddisi dә qüruba enәn günün dalınca gedib yoxa
çıxdılar..
Borola dağının qarı yeddi dәfә әridi,
yeddi dәfә ölüm Betsitsuranın qapısını döydü,
yeddi dәfә kәndin gәlin-qızları ağlaşma qurdular,
yeddisinin dә oxu-kamanı, yaraq-yasağı yetim
qaldı...
Betsitsura nә ağladı,
nә yaradana lәnәt oxudu:
– Hamımız ölümә qismәt olacağıq,
kasıb da, varlı da,
onların övladları da,
heç kәs bu dünyada qalan deyil!..
– Nә edәsәn, sәbirli ol,
nәvәlәrin böyüyür, –
ona ürәk-dirәk verirdilәr...
– Yox, mәnim dünyada bir kimsәm qalmadı,
bu uşaqlar da mәnim deyil! –
Betsitsuranın tәrs damarı tutdu.
– Mәnim nәvәm-zadım yoxdur!
Bir gün uşaqları geyindirib,
85