Page 90 - Bagater Arabuli_Layout 1
P. 90
Bağater Arabuli
Ulduzlar
(dostumun xatirәsinә)
Gözә görünmәyәn ölüm gәlәcәk,
bir anda alacaq silahımızı...
El mәsәli
Bir dә gördün yavaş-yavaş tәrk etdik tәnimizi,
bizi gözlәyәn sәmaya yönәldik, – doyub yerә.
Masmavi göy üzündәki tikilmiş bir qalada,
hәmişәlik gözdәn itdik hәr şeyi qoyub yerә.
Hamı rahat, hamı mәsud, sәs salmaz orda heç kәs,
nә qılınc var, nә dә qalxan döyüşә getmәk üçün.
Ulu Tanrı axşamları gәlib baş çәkәr bizә,
dәvәt alarıq biz dә,
ulduzlara sәyahәt etmәk üçün.
Gecә-gündüz ayrıcında yandırıb ayı şamtәk,
göy üzünü әsrarәngiz işıqlarla bәzәrik.
Günahlarla dolu fani dünyanın başı üstdә,
ulduzlar kimi sayrışar, ulduzlartәk gәzәrik.
Tiruzani
Yazıq Tiruzani
çox bәlalar görmüş,
әlindә çox silah tutmuş,
çox düşmәn mәğlub etmişdi.
Qurumuş ağac köklәri kimi
әllәrini çarpazladı sinәsi üstdә...
Uyudu yorğun Tiruzani...
90