Page 88 - Bagater Arabuli_Layout 1
P. 88

Bağater Arabuli



                   mәni azadlıqdan niyә mәhkum etdin?
                   Niyә boynumu әyib
                   itaәtlә durmalıyam qapında?
                   Kim döyüb hazırladı bu qandalları?


                   * * *


                   Qızılgüllәrin alovunun istisi
                   gәtirdi mәni buraya,
                   bu bağda dincimi almaq üçün әylәşdim...
                   Bağban, mәni qovma nolar.
                   Güllәrin, doqquz dağ dalından gәlәn qoxusu
                   mәni oynatdı yerimdәn,
                   dәrmәyә gәldim onları...

                   Nolar mәni qovma, nolar.
                   Bir dә quşların sәsindәki qürbәti
                   dinlәmәk üçün gәldim bu bağa.
                   Qovma mәni...



                   Mәnim yorğun mәhәbbәtim

                   Mәnim yorğun mәhәbbәtim,
                   nә zaman yığışacaqsan evinә?
                   Nә zaman yanımda oturub
                   pıçıldayacaqsan:
                   – Çox gәzdim dolandım uzaq yolları,

                   nәhayәt, sәnә gәldim.
                   ...Tikanlı kollar çıxardı
                   paltarımı әynimdәn.
                   Qana boyanmış ovcumda
                   sәnә gәtirmişәm, –
                  88
   83   84   85   86   87   88   89   90   91   92   93