Page 89 - Bagater Arabuli_Layout 1
P. 89

Gündüz yuxuları




                vәfalı, әl dәymәmiş
                lacivәrd rәng kimi saf ürәyimi...
                Mәnim yorğun mәhәbbәtim,
                nә zaman yığışacaqsan evinә?



                * * *

                Göy üzü çiliklәndi sanki,
                sanki min dәnә göyәrçin pırıldayıb
                uçdu göy üzündәn.
                Dağları qәribә rәnglәrә boyadı
                fırçası ilә şәfәq.
                Mәhәbbәt, dilin nәdәn tutuldu,
                göz yaşındanmı, yoxsa sәadәtdәnmi?!




                Qış


                Sәmadan zil qara gecә asılıb,
                asılıb elә bil bir qara pәrdә.
                Yenә yaxınlaşan qışın şaxtası
                çiçәk şәkli çәkir pәncәrәlәrdә.
                Hönkürür bir yurdsuz-yuvasız külәk,
                dağıdır dumanı, sovurur qarı.
                Çırpıb qapısına, tәpir özünü

                yuxulu bir evә bu gecә yarı.
                әlәk-vәlәk edir nә varsa, sanki

                evi yağmalayan yağıdır külәk.
                sobanın yanında yatan pişiyin
                dәyib yuxusunu dağıdır külәk...

                                                     89
   84   85   86   87   88   89   90   91   92   93   94