Page 91 - Bagater Arabuli_Layout 1
P. 91

Gündüz yuxuları




                Vidalaşdı arvad-uşağı,
                gәlini, nәvәlәriylә:
                – Artıq yeriyә bilmirәm,
                çox yollar yorub üzülmüşәm artıq.
                Mәn yaşda bir qara daş belә yoxdur yer üzündә.
                Gedirәm,
                günәşin batdığı yerә gedirәm...
                Bir az әrzaq, bir dә
                külüng, kürәk götürüb
                qәbiristanlığa sarı yönәldi!


                – Hara gedirsәn, dәlimi olmusan? –
                qoca arvadı dalınca qaçdı.
                – Babamız şәhәrә gedir! –
                nәvәlәri rişxәndlә güldülәr ona...

                – Şәhәrә gedirәm, böyük şәhәrә, –
                dәrdli-dәrdli dedi Tiruzani.
                Bir kәsin üzünә belә baxmadı o;

                nә arvadını,
                nә uşaqlarını düşünmürdü yolla gedәrkәn...


                qәbiristanlıqda
                babalarının mәzarlarını tapıb:
                – Gәldim, – dedi, –
                bәlkә, mәnim gәlişim sizә xoş olmadı,
                bәlkә, heç mәzarınızın yanında oturmağa da layiq
                deyilәm...
                Artıq dözә bilmirәm –
                mәnim adamlarımın hamısı buradadır:
                Sumbat, Xirçla, Qaquça, Aka,
                kәndin dayaqları,

                                                     91
   86   87   88   89   90   91   92   93   94   95   96