Page 95 - Bagater Arabuli_Layout 1
P. 95
Gündüz yuxuları
külәk sәsinin toxuduğu
geniş düzәnlik durub.
Mәnim evim kimi
dünyada heç kәsin
gözәl evi ola bilmәz!
Nağıldan çıxıb...
Nağıldan çıxıb –
gözlәrimә baxan gözlәrinlә
mәni dә nağıllara aparırsan sanki.
Nәdәn qәmli olduğumu
soruşursan, nәdәn?
Çoox bәlalardan xilas edib,
sәnin sözsüz andların –
baxışların mәni.
Gerçәk eşqlәri
nә od yandırır,
su axıdır nә dә!
Nağıldan çıxıb –
gözlәrimә baxan gözlәrinlә
mәni dә nağıllara aparırsan sanki.
Nәdәn qәmli olduğumu
soruşursan, nәdәn?
Gecәlәrin mühacirәti
Şәhәri gecәlәrin qaranlıq hasarı әhatә edir,
uzaq meşәlәrә hәsrәtlә baxan
gecәlәrin hasarı...
Heç bir gecә qalmaq istәmir bu dünyada...
95