Page 98 - Bagater Arabuli_Layout 1
P. 98

Bağater Arabuli




                   yağış simlәrinin qәmli nәğmәsini,
                   ölüm ayağındakı adamın
                   son sözünü, son nәfәsini axtarıram...
                   Mәn zaman arxeoloquyam...
                   Zamanda zaman axtarıram,
                   “dәfn olunmuş” әsrlәri,
                   günlәri, saatları,

                   dәqiqәlәri;
                   dәqiqәlәr içindәki saniyәlәri axtarıram...
                   Zaman arxeoloquyam mәn!



                   Mәn gedәn deyilәm


                   Mәn yanında qalacağam, –
                   maşınların işığıyla deşik-deşik edilmiş gecәdә
                   öz-özünün kölgәsinә dönmüş
                   bir qara vücud titrәyir yenә.
                   Ayın işığı
                   artıq sönmüş,
                   bir ulduz belә görünmür göy üzündә.
                   Kartlinin uzaqdakı zirvәlәri
                   qәribә bir işığa boyanmış...
                   Göyә qalxan buludların sarayına
                   yalnız biz ikimiz baxırıq.
                   Nә idi bizim günahımız?
                   Nәdәn bizi “gecәnin dibindә” qoyub tәrk etdilәr?
                   Mәn gedәn deyilәm, yanında qalacağam, –
                   maşınların işığı ilә deşik-deşik edilmiş gecәdә
                   yenә, öz-özünün kölgәsinә dönmüş
                   bir qara vücud titrәyir...


                  98
   93   94   95   96   97   98   99   100   101   102   103