Page 97 - Bagater Arabuli_Layout 1
P. 97

Gündüz yuxuları




                Arxeoloq


                Mәn zaman arxeoloquyam...
                Әsrlәrin qaranlıq süxurları içindә –
                illәrin, günlәrin, saatların
                arasında mәhәbbәt axtarır,
                pıçıltılarla ehtirasların alıram tozunu.

                Mәn zaman arxeoloquyam...
                Gecәlәrin, sәhәrlәrin mamır bağlamış sükutunda

                fikir, ümid, arzu, iman axtarıram,
                hәsrәtin toz basmış qırıqlarını
                günәşә çıxarıram bir-bir...
                Dәqiqәlәrin, saniyәlәrin
                qaranlıq xarabalıqlarında
                göz yaşları vә qan izlәri axtarıram mәn.
                Ağrı, şәfa, xәyanәt,
                vәtәn üçün fәdakarlıq,
                mәrdlik, sәdaqәt axtarıram bir dә.
                Döyüşlәrin sәs-küyünü,

                Qaliblәrin nәğmәsini,
                yaralıların ağrı-acısını,
                anaların ağılarını axtarıram zaman içindә.
                Mәn zaman arxeoloquyam...
                Günәşin qürubunu, ayın çıxmasını,
                tufanların uğultusunu axtarıram.
                Quruyan çayların sәsini,
                xәzәllәrin xışıltısını,
                çiçәklәrin gecә qoxusunu axtarıram mәn.
                Maralların yaz çığırtısını,
                göydәn yerә uzanan
                                                     97
   92   93   94   95   96   97   98   99   100   101   102