Page 86 - Bagater Arabuli_Layout 1
P. 86
Bağater Arabuli
yol azuqәsi götürüb
dağlara doğru üz tutdu...
– Hara aparırsan yazıqları, nәdir fikrin? –
dalınca yüyürdü arvadı;
sәs-küyә qonşular da tökülüb gәldilәr...
– Başqasının uşağını evimdә niyә saxlamalıyam
mәn?
Qudalarımın evinә aparıram,
onların soyadlarına keçirәcәm! –
Betsitsura mat qalmış adamlara dedi...
Nәvәlәri başqa kәndlәrdә,
başqa soyadla böyüdülәr...
Betsitsura isә ancaq ölüm ayağında
açdı öz sirrini:
– Ölüm mәni yaman qorxutmuşdu,
dedim heç olmasa bu uşaqları xilas edim.
İstәdim ki, başqa soyadlar altında
ölümün tanıdığı qapımdan uzaqlaşdırıb
izlәrini itirәm onların...
Neçә ki...
Nә qәdәr ki tale tikan döşәyir yollarımıza,
nә qәdәr ki köçüb getmәmişik
bu dünyadan...
Nә qәdәr ki günәş dünyanı bәzәyir,
nә qәdәr ki bizi xatırlayıb
darıxır kimsә...
Nә qәdәr ki bir-birimizi sevirik,
nә qәdәr ki qızılgüllәrin lәçәklәri
86