Page 81 - Bagater Arabuli_Layout 1
P. 81

Gündüz yuxuları




                Ha qaçmağa çalışsa da o bu qәfәsdәn,
                pәrçimlәnib bu könlümә qıstaqdı mәnim.
                Hey birlikdә kәdәrlәnir, gülürәm siznәn...
                hәr sözünüz bir cür dayaq olur könlümә.
                Gecә sizsiz göy üzünü seyr elәyәndә,
                ulduzların buz soyuğu dolur könlümә.
                Göy üzündәn zınqırovtәk asılıb dağlar,

                әsrarәngiz yaşıllığı oxşayır gözü.
                Mәn hәlә dә buradayam, vaxt tapammıram
                başqa dünyaya getmәyә, – tәrk edib sizi.



                “Mәn qar gözlәyirdim...”
                O.Çiladze

                Mәn qar gözlәyirdim,
                qar içәri girә bilsin deyә açıq qoymuşdum
                pәncәrәmi.
                Çılpaq bağların ürkәk-ürkәk dayandığı yerdә,
                “ayaq sәslәrinә” qulaq verirdim onun...
                Lap yaxında duyduğum nәfәsindәn
                hiss edirdim ki,
                bәyaz barmaqları ilә bәzәyir dağları artıq.
                Lakin külәk, kәndin qırağından
                göz yaşlarını gәtirirdi yalnız quşların.
                Gecә açıq pәncәrәmin önündә mürgülәyir,
                nәdәnsә gecikirdi qonağım...
                Başını yastığa söykәyib yatırdın sәnsә.
                Yuxunda sәhәr şehi kimi parlaq idin,
                yәqin, qadın qorxusuyla qovurdun röyandakı

                duman rәngli at ilxısını...
                Boğazına kimi qarın içindәydin ya da.
                                                     81
   76   77   78   79   80   81   82   83   84   85   86