Page 79 - Bagater Arabuli_Layout 1
P. 79
Gündüz yuxuları
kәdәrlә dolu gor evin,
qoruyur fanidәn sәni.
Kotanın darıxır sәnsiz,
Hәsrәtdәn şellәnir zәmin.
Dәniz kimi dalğalanır,
bayraqtәk yellәnir zәmin.
Qurd vә it
Qurd qaranlığın sükutunu “üyüdür,”
Ulartısı dünyanı götürübdü başına.
sanki geri dön deyir, Nuh әyyamından bәri
kölәliyә alışmış gözәtçi qardaşına.
Xoflanıb, tәpәdәki kәndin qaçır yuxusu...
Sәksәnib, yuxusundan uzaqdakı dağ durur.
Öz yiyәsinә sadiq itsә üzü meşәyә –
qurd tayfasına hürüb lәnәt yağdırır.
Yolda
(etüd)
Biz yol gedirdik...
Günәş şüalarının altında
bәyaz dağlar parıldayır,
qarın saf, әfsanәvi nuru
işıq saçırdı yolumuza...
Qar dәnәlәri ansamblı
rәqsini ifa edirdi külәyin.
79