Page 75 - Bagater Arabuli_Layout 1
P. 75
Gündüz yuxuları
kim tәmizlәyәcәk
qardaşlarımızın qanını
Bu qaldırdığımız divarlardan?
Könül saraylarımızda
mәhәbbәtin şamını
yenidәn kim yandıracaq?
Bu qaranlıq gecәdәn
kim çıxaracaq bizi gündüzә?..
21–31 dekabr 1991-ci il
Tәnhalıq
1.
Gecә oyanır,
sәni qaranlıqda sәssizcә
göz yaşı tökmәyә çağırır yatağın.
Qәmli monoloq kimi sәslәnir
uzaqda sürәtlә keçib gedәn qatarın sәsi.
Yarasaların havasıdır bayırda,
küçәlәr, qonşular uyuyurlar...
Opera binasının işığı
qaranlıqda ada kimi görünür.
Bulanıq çay
sәmanın parıltısını batırır,
gecә bağları, yaşıl meydançalar
necә dә nisgilli görünür gözünә...
Xәyalına dәrdli günlәrin gәlincә,
göz yaşların könül düzәnliyini isladır.
Sәni tәrk edib
75