Page 74 - Bagater Arabuli_Layout 1
P. 74

Bağater Arabuli




                   4.

                   Gecә ulduzları
                   sәssiz titrәyir...
                   Meşәlәrin xışıltısı,
                   çöllәrin yaşıl dalğaları,
                   günәşlә dolu illәrimiz getdi;
                   qırıldı qanadımız...
                   Bizi sabahkı gündә
                   qardaş güllәlәri ilә dәlik-deşik edilmiş
                   vәtәn gözlәyir yalnız...



                   5.

                   Getmәyә yerimiz yoxdur;
                   bәdxahlıq quyusuna
                   mәrhәmәt nәrdivanı sallamağın
                   yoxdur mәnası..
                   Burda, bu bataqlıqda
                   qalmalıyıq.
                   Bu bataqlığın çirkli vә qanlı dibindә
                   yatağımızı tikanlar üstündә açmalı,
                   qan qoxuyan nәğmәmizi dә
                   burda oxumalıyıq...



                   6.

                   Bir-birimizi bağışlamaq ümidimiz qaldımı?
                   Qaldısa, haradadır?
                   Hәr yerә kinimizmi sәpәlәnib?


                  74
   69   70   71   72   73   74   75   76   77   78   79