Page 69 - Bagater Arabuli_Layout 1
P. 69

Gündüz yuxuları




                Ayrılarkәn, sәni uşaq kimi ağlaya-ağlaya
                tәk qoyub tәrk etdiyim yerdә
                yalnız palmaların çәtirlәri görünür...




                Q-ya


                Gecәnin ulduzları yağış damlalarıtәk
                göydәn üzü aşağı – axıb düşür dәnizә.
                Әsәn külәyin sәsi ürәk sızıltısıdı...
                hәr şeydәn xәbәrsizsәn, yuxudasan sәn isә.
                İndi öz evimizdә uşaqlarımla, indi
                hәsrәt içindә yatır, görürsünüz eh, kimi?
                Yәqin, övladlarımın rәngbәrәng yuxuları,
                yastıqları üstündә parıldayır şeh kimi.



                Dәniz qәbiristanlığı


                Susur mavi rәngli qәbiristanlıq,
                başının üstündә qara mәrmәr – gecә durur...
                Susur burda dәfn edilәnlәr dә.
                Ölülәrin sәsi gәlmir qaranlıq suyun altından...
                Yorğun dәnizçilәr,
                sәyyahlar, dәniz quldurları,
                yeni torpaq axtaranlar,
                qızıl-gümüş hәsrәtiylә yananlar
                uyuyurlar burda...
                Zalım çarlar, müdrik döyüşçülәr,



                                                     69
   64   65   66   67   68   69   70   71   72   73   74