Page 66 - Bagater Arabuli_Layout 1
P. 66
Bağater Arabuli
çarәsiz dәrdlәrә sinә gәrәnlәrә...
Göz yaşlarınızın pәncәrәsindәn
belә şübhә ilә baxmayın mәnә...
yaranıza mәlhәm kimi
sizә zülmәt gecә – matәm çiyinliyi gәtirmişәm!
Mәhәbbәt
Mәhәbbәt,
sәn sәhrada bir yaşıllıqsan.
Nәfәsini dәrib
dincәlmәk üçün kölgәndә,
köhnә ağrılarını,
acı göz yaşlarını
yumşaq düzәnliyinә sәpmәk üçün,
yorğun yolçular yanına tәlәsirlәr...
Mәhәbbәt,
sәn sәhrada bir yaşıllıqsan...
İntizar
Evindә tәk-tәnha olanda
qapıda qalır gözlәrin:
“İndicә gәlәcәk!” –
tәsәlli verirsәn özünә.
Susub, üzünә baxır matdım-matdım
sәndәn cavab gözlәyirmiş kimi qapı.
Ona nә cavab verәcәyini bilmirsәn.
66