Page 67 - Bagater Arabuli_Layout 1
P. 67

Gündüz yuxuları




                Dәnizdә
                D-ya


                Alabәzәk donundan çıxıb

                dәnizlә birlәşir
                şәlalә bәdәnin –
                bu axşamın,
                bu dalğaların bәyaz nәğmәsi!..
                Mavi lәpәlәrә sarılırsan
                günün  bürküsündәn yorulub.
                Sahildәsә, geyimin – gözәl sığınacağın
                hәsrәtlә gözlәyir sәni...



                * * *

                Mәn uzun sürәn qışdan  çıxıb gәlirәm...
                Qışdır mәnim vәtәnim!..
                Qarlı sәhraların qasırğalarının, qar uçqunlarının
                bәyaz sәrhәdlәrini aşdım,
                sәssizliyini qurdların ulartısı pozan
                sıx meşәlәri keçib,
                dağlardan asılı qalan
                çaylar gördüm...
                Mәn uzun sürәn qışdan çıxıb gәlirәm...


                Qışdır mәnim vәtәnim!..
                Çöllәri yurd edәn
                azğın külәkli, quduz şaxtalı

                                                     67
   62   63   64   65   66   67   68   69   70   71   72