Page 63 - Bagater Arabuli_Layout 1
P. 63

Gündüz yuxuları




                ağacları ağac,
                qarı palçıq adlandıracaqlar yenә?
                Yoxsa, bütün әşyalara
                yeknәsәq, mәhzun adlar verәcәklәr?




                Qış tamaşası: “Günәşli bir gün”

                Sәssiz-sәssiz pәrdәsi açılır qarın...
                sәhnәyә, sözsüz rol oynayan
                gözlәri nәmli torpaq çıxır...




                Dosta başsağlığı

                Dünyanın bütün gecәlәrini yığıb
                bu matәm günündә
                sәnә çiyinlik  tikәcәyәm...



                * * *

                (antik eskizlәrdәn)


                Müharibәdә qәlәbә çalanlar kimi
                gәzir bu xalq,
                üzündә tәbәssüm…
                Bir dәfә dә olsun başını qaldırıb
                günәşә baxmayan,
                buludların arasından boylanmaq üçün
                şәfәqin necә әzab çәkdiyini görmәyәn,
                gecәylә gündüzü bir-birindәn seçә bilmәyәn
                bu xalq...

                                                     63
   58   59   60   61   62   63   64   65   66   67   68