Page 84 - Bagater Arabuli_Layout 1
P. 84
Bağater Arabuli
Özümә sәyahәtim
Bәdәnimin beş qitәsini gәzib
sәyahәt edirәm...
Burdan görürәm ki şimaldan,
şәrqdәn vә qәrbdәn
qiyamçı ürәk okeanına sarı
hәsәdlә, әdavәtlә, eşq vә sәdaqәtlә dolu
saysız-hesabsız çaylar axır...
Görürәm, ürәk – okean
külәk әsdikcә
qabırğalarımın günәşli sahilinә çırpınır...
Kapilyar damarların meşәlәrindә
xalqın ağladığını eşidirәm,
hardansa, yaxından qılınc-qalxan sәsi,
yaralıların iniltisi gәlir.
Acı Krtsanisi, böyük Didqori
döyüşlәrinin sәs-küyü eşidilir...
Günahlarım, işlәdiyim suçlarım da gәlir arxamca...
Mәn bu ölkәlәrin coğrafiyasını
yaxşı tanıyıram...
Burda yatmış millәti dә görürәm...
Qitәnin beşindә dә mәni
mәğlublar göz yaşları,
qaliblәr mәğrur baxışlarıyla qarşılayırlar...
Bәdәnimin beş qitәsini gәzib
sәyahәt edirәm...
84