Page 57 - Bagater Arabuli_Layout 1
P. 57

Gündüz yuxuları




                Berdiya adlı bir qardaşlığı vardı Cuxranın.
                Lela ilә Berdiya yaşıd idilәr.
                ...Yaşıdlar Xevsuretidә
                bacı-qardaş sayılır.
                Nә bir-birinә «pis gözlә» baxa,
                nә dә ağıllarına “pis şey” gәtirә bilәrlәr.
                Kәnddә yaşıdlara
                bacı-qardaş deyirdilәr...
                Cuxranın toy günü
                Berdiya da qonaqların arasındaydı.
                Göyә bülәnd olan,
                Pәrdә-pәrdә yayılan toy sәsi
                dağları, çöllәri ağuşuna almışdı…

                Günәş dә
                         1
                Borolanın zirvәsindәn
                xeyli tamaşa etdi toya…
                Yataq otağında Cuxra Lelaya dedi:
                – Mәnim qardaşlığımla
                “bacı-qardaşlığına” son qoyacaqsan bu gecә.
                Cuxra sözünü bitirәr-bitirmәz,
                gecәni keçirmәk üçün Lelanı
                Berdiyanın yanına apardı…
                Ta nә deyim, Xevsuretidә belә dostluq,
                qardaşlıq etmәyi dә bilirlәr.



                Özünü ağlayan...


                …Aparekanın bir kimsәsi qalmadı:
                nә onu adәt-әnәnә ilә
                dәfn edib
            1  Borola – Xevsuretidә dağ
                                                     57
   52   53   54   55   56   57   58   59   60   61   62