Page 56 - Bagater Arabuli_Layout 1
P. 56

Bağater Arabuli




                   nә Parnavaz, nә Vaxtanq, nә Davit!..
                   Keçmişin böyük döyüşçülәri,
                   qәhrәmanları ta nә gәzir.
                   Soldu, tükәndi millәtimizin şöhrәti!..




                   Qardaşlıqlar

                   …Lelayla Cuxranı beşikkәsmәsi etdilәr
                   körpәlәrin atalarıyla әmilәri:
                   – Neçә vaxtdır dostuq, aramızdan su keçmir,
                   Övladlarımız niyә başqalarına qismәt olsunlar?

                   Bir-birimizi niyә itirәk ki?..
                   qohum olsaq pismi olar?
                   uşaqlarımızın sayәsindә

                   Beşikdәki uşaqlara – Lelayla Cuxraya
                   tәmtәraqlı nişan taxıb
                   bütün kәndә bәyan etdilәr ki,
                   bu gündәn
                   övladlarımız bir-biri üçün böyüyürlәr.
                   Bu dünyada birlikdә yaşayacaq,
                   axirәt dünyasına da birlikdә köçәcәklәr…
                   İllәr keçdi,
                   Cuxra böyüdü,
                   comәrdliyi vә at çapmağı ilә ad qazandı…

                   Qızılgülә bәnzәyәn Lelanın
                   gәrdәninә tökülәn saçları ay işığıydı,
                   gözlәrisә göy üzünün mavisi.

                   Xәncәr davasında tayı-bәrabәri olmayan,
                   düşmәnlәrә qarşı amansız, rәhm bilmәyәn
                  56
   51   52   53   54   55   56   57   58   59   60   61