Page 54 - Bagater Arabuli_Layout 1
P. 54

Bağater Arabuli




                   boylanıb, mәnә göz qoyan,
                   hәrәkәtlәrimi izlәyәn…
                   ey ilk mәhәbbәtimin “vәkili”...
                   Söndü o pәncәrәnin işığı,
                   sanki o ev dә
                   yoxa çıxdı birdәn-birә...
                   Yoxa çıxdı o bağın
                   gümüşü işığına qarışan xışıltısı da.

                   Lakin yenә dә ikimiz
                   o “buz bağlamış” pәncәrәnin altında dayanırıq
                   hәrdәn...

                   Ey ilk göz yaşlarımın şahidi,
                   dәrdimin şәriki Ay!
                   Hardan gәlir,
                   hara gedirsәn...
                   Harda gecәlәyәcәksәn bu gecә?
                   Külәyin sәsilә dolu gecә karvanını
                   çәkә-çәkә hara aparırsan?
                   Sәfil, sәrgәrdan şair ruhlusanmı sәn dә?

                   Sәn ey gecәlәrin lәli Ay,
                   sәhәr açılanda ulduzlar nәdәn qeyb olur?
                   Niyә bir-birimizdәn ayrılırıq?
                   Gecәnin intәhasızlığında
                   niyә nәmli gözlәrlә daldalanırsan?..
                   Yenә mәn qәrib
                   tutub gedirәm cığırlarını,
                   pıçıltıya bәnzәyәn şüalarıyla
                   keşiyimdә duran Ay...




                  54
   49   50   51   52   53   54   55   56   57   58   59