Page 50 - Bagater Arabuli_Layout 1
P. 50
Bağater Arabuli
Misir
Qoca Misir bürünübdü bozqurd rәnginә,
elә bil yer, göy üzüylә yarışıb burda.
Fironların döyüşdәki arabasının
Toz-dumanı buludlara qarışıb burda.
Zingildәyib qum atların dırnağı altda...
qarşısında dözәmmәyib düşmәn, devlәrin.
Ev-eşiksiz, yurd-yuvasız igid mәmlüklәr
dayanıblar keşiyindә ögey evlәrin.
İrәlidә min cür adda işıqlar yanır,
sanki burdan ötәnlәr dә görünür hәrdәn.
Ehramların zirvәsinә qalxırıq bu gün,
ötәnlәri keçirmәkçün bir-bir nәzәrdәn.
Uşaqları nağıllardan ayırmayın
Qovdular mәni dә uşaqlığımdan...
qapını arxamca bağladı kimsә.
Hәsәdlә baxınca oyuncaqlara,
içimdә sәssizcә ağladı kimsә.
Devlә vuruşduğum qılınca dönüb
mәnә qәhmәr durur söz doğmam kimi.
Zorlamı, xoşlamı – deyә bilmәrәm,
devә öyrәnmişәm öz doğmam kimi.
Çәkirәm bu acı boyunduruğu,
bir devә görәdi harayım indi.
Dönüb xarabaya – daş yığınına,
o vaxt ucaltdığım sarayım indi.
Devin istәyilә oynayıram hey,
50