Page 48 - Bagater Arabuli_Layout 1
P. 48

Bağater Arabuli




                   Şeytan yalvarırdı Davidә:
                   – Burax mәni, niyә mәnә bu әzabı verirsәn?
                   Gücümü, imkanımı özümә qaytar,
                   mәni heyvan otarmağa göndәrmә,
                   çoban deyilәm sәnә.
                   Xanımın olmasaydı,
                   sevsәydin mәni,
                   dözәrdim yenә.
                   Ömrümün sonunacan qalardım yanında,
                   hәvәslә işlәyәrdim...
                   İndisә gözü yaşlıyam dәrddәn,
                   boynunda qalacaq günahım!..

                   Qabur buraxmadı şeytanı:
                   – Muzdurum olacaqsan, – dedi.

                   Vaxt keçdi,
                   bir gün
                   Qaburun evindә heç kәs olmayanda
                   şeytan onun oğluna dedi:
                   – Uşaq oyuncaqlarının burax başını,
                   daha vaxtdı, sәn dә әlindә qılınc
                   hazır olmalısan düşmәnlә vuruşmağa.
                   Qaburun oğlu divardakı qılıncı götürüb
                   qәzәblә sıyırdı...
                   Qından yerә töküldü şeytanın dırnaqları...
                   Vә şeytan onları yığıb
                   qaçıb getdi gәldiyi yerә...
                   Gedәrkәn Qabura qarğış elәdi:
                   “Mәnә әzab verdiyinçün
                   nә törәyib artasan,
                   nә dә nәslin kәsilә


                  48
   43   44   45   46   47   48   49   50   51   52   53