Page 44 - Bagater Arabuli_Layout 1
P. 44

Bağater Arabuli




                   Örtmüsәn, elә bil qorunmaq üçün
                   külәyin dünәnki bağırtısından.
                   Çox da ağuşuna çәkib qocalıq,
                   sәn yenә qәnirsiz xanımsan bu an...




                   Şair

                              Nәdәn yağış olub yağmadım, nәdәn...
                                                           Vaja

                   Oturub düşünürdü:
                   soruşsalar ki ondan,
                   nә şәklindә doğulmaq
                   istәrdi doğulanda.
                   Yağış şәklindә, bәlkә?
                   amma bu gün yağışlar
                   dәrd çәkir dәrәlәrdә
                   vә arxlarda o ki var...
                   Göz yaşı şәklindәmi? –
                   bәzәk vermәkçün qәmә!
                   amma göz yaşına da
                   sular qarışır demә...
                   Bәlkә, ulduz şәklindә? –
                   ulduzlar yatmır deyә.
                   O paklığa heç kәsin
                   әllәri çatmır deyә...
                   Oturub düşünürdü...








                  44
   39   40   41   42   43   44   45   46   47   48   49