Page 42 - Bagater Arabuli_Layout 1
P. 42

Bağater Arabuli




                   ...çiçәk şәkillәri, gül şәkillәri
                   qızların donunda  haray qoparır:
                   çöl çiçәklәrinә hәsәd aparır...



                   Kәnddә
                   (etüd)


                   Dәrәnin o tayında,
                   qurumuş otlaqla
                   uzundrazın biri
                   atla qalxırdı yuxarı...
                   Yuxarıda evi görünәn
                   o yolçunun dalınca
                   gedirdi köpәyi dә.
                   Evinin qabağındasa
                   günәşüzlü bir xanım işıq saça-saça
                   durub yola baxırdı...



                   Hәvva


                   Evә qayıdırsan sәn indi, Hәvva,
                   Yatağın kәdәrә batır hәr gecә.
                   Bәyaz bulud donun, gәlinlik donun
                   “Şkaf-qaranlıqda” yatır hәr gecә...

                   Nәdir aradığın sükut içindә,
                   bir dәrd heykәlisәn bu halınla sәn.
                   Sәni ay işığı oxşadığıtәk,
                   onu oxşayırsan xәyalınla sәn.


                  42
   37   38   39   40   41   42   43   44   45   46   47