Page 46 - Bagater Arabuli_Layout 1
P. 46
Bağater Arabuli
Hәr cür acı gәlәrdi ağlına,
amma belәsi yox, belәsi yox.
Neylәyә bilәrdi daha –
qonaqlar hәr an gәlmәliydilәr.
Toya gәlәnlәri
ağıyla, göz yaşıyla qarşılayıb
poza bilmәzdi әhvallarını.
Hönkür-hönkür ağlayan arvadını çağırıb
ürәk-dirәk verdi:
– Ah-zarın başını burax,
kәnddә bu xәbәri bilәn olmasın,
qonaqları
narahat elәmәyәk dәrdimizlә.
Adәt-әnәnәmizlә yola
vermәliyik toyu,
sonrasa... Xanım,
sonrasa ikimiz dә oturub
düşmәn güllәsinә tuş gәlәn
oğlumuzu ağlarıq...
Sәhәr dә qoy bir az gec açılsın:
axı oğul ayrılır ata-anasından...
İki gün çalınan toyun
sәsi kәndә yayıldı,
iki gün Qamaxela
şәnlәndi qudalarıyla birgә,
qonaqlar iki gün kef elәdilәr...
Üçüncü gün –
qonaqlar dәrәnin o tayında
gözdәn itәndәn sonra
Qamaxelanın hönkürtüsü kәndi başına götürdü...
Dәrdini ağlamaqçün
indi tapmışdı macal...
46