Page 49 - Bagater Arabuli_Layout 1
P. 49

Gündüz yuxuları




                (Bunu, yәqin, Qaburu sevdiyindәn deyirdi!),
                hәr zaman nәslindә bir igid,
                bir nәfәr dә gic olsun”.
                Bunu deyib yox oldu şeytan...
                Sonra çox hadisәlәr baş verdi,
                çox şey dәyişdi Arxota vilayәtindә.
                Çox igid gәldi... getdi...
                Qabursa... Bilmirәm nәdәndi:
                şeytan necә demişdi, elә dә oldu.



                * * *

                Çox tezliklә pәncәrәsi sönәcәk göyün,
                ömrümüzdә bir uzun qış başlayır deyә,
                gәl әzizim, gәl son dәfә, mәhәbbәtini
                sәn әrinmә aşiqinә bәxş elәmәyә.
                Gәl әzizim, ayın solğun işığında gәl,
                sarı yarpaq әtri mәni bihuş edәndә.
                De ki, de ki bir zamanlar mәnim yanımda
                Kleopatra kimi xoşbәxtdin sәn dә.
                Ötüb keçdi ta zamanı qızılgüllәrin,
                bundan sonra çәtin kişnәr, çәtin ağ at da.
                Sabahı gün gedilәsi namәlum yollar
                buz bağlayıb, bürünübdü qaranlığa ta.
                Çox tezliklә pәncәrәsi sönәcәk göyün...
                Bir uzun qış – ömrümüzün bir anlığında.
                Gәl әzizim, gәl son dәfә bir dә sarılaq,
                gizlәt mәni saçlarının qaranlığında...







                                                     49
   44   45   46   47   48   49   50   51   52   53   54