Page 39 - Bagater Arabuli_Layout 1
P. 39
Gündüz yuxuları
* * *
Kartlinin qara yarpaqlarla örtülü qayalıqlarından
yenә kimsә bizi külәk tütәyiylә çağırır.
Başımızın üstündә cәnnәtin burulğanı,
gecәlәrsә yaxalığı görünür ayın...
Gedirik, uzaqda Zurabın anasının әbәdi
kәdәriylә dolu Suraminin sәmanı deşәn
qәnirsiz dağları görünür...
Gedirik, külәkdәn yırğalanan çöllә...
gecә yarısı dağlar
sanki qanad açırlar
sirlәrlә dolu göylәrә uçmağa...
Qurdların itlәrә mәktubu
(V.Solouxin mövzusunda variasiyalar)
“Qurd qurdluğundan әl çәkmәz, igid
igidliyindәn”.
Gürcü atalar sözü
Biz qurdlar tәhlükәli
yaşam üçün doğulluq.
Hәr zaman qoşalülә
tüfәnginә tuş olluq.
Dörd dolanıb dünyanı,
dolanıb qışı, yayı;
Bir qanun tanımarıq,
azadlıqdan savayı.
Meşәlәrә kölgәtәk
39