Page 99 - anderson_Макет 1
P. 99

Lәyaqәt

             Voş Vilyamz ilә yaşadığı kәndin adamları arasında, demәk
          olar ki, salam-kalam da yox idi.
             – Mәnim onlarla heç bir alış-verişim yoxdur, – teleqraf
          idarәsinin önündәn keçib vağzala tәrәf gedәn adamlara sönük
          gözlәri ilә baxa-baxa deyәrdi.
             Axşamlar Meyn küçәsi ilә Ed Qirifisin meyxanasına gedәr,
          ağlı başından çıxana qәdәr içәr, sonra sәrxoş addımlarla “Nyu
          Villard”dakı evinә qayıdar vә tirtap çarpayısına yıxılardı.
             Voş  Vilyamz eyni zamanda qoçaq vә cәsarәtli adam idi.
          Әvvәllәr baş vermiş hansısa hadisәyә görә dünyaya bütün qәlbi,
          bütün varlığı ilә nifrәt edir, bir şair kimi guşәnişin hәyat sürürdü.
          Әn çox nifrәt etdiyi isә qadınlar idi.
             “Lәçәrlәr”, – qadınlar haqqında danışarkәn bu kәlmә dilindәn
          düşmәzdi. Kişilәrә qarşı ürәyindә bir mәrhәmәt hissi var idi.
          Onun bütün kişilәrә yazığı gәlirdi.
             “Ay bәdbәxtlәr, niyә imkan verirsiniz ki, o lәçәrlәr sizin
          hәyatınızı cәhәnnәmә çevirsinlәr?” – ürәyindә kişilәrә tez-tez bu
          sualı verәrdi.
             Vaynzburqda isә nә Voş Vilyamzın özünә, nә bu sözlәrinә,
          nә dә insanlara qarşı münasibәtinә fikir verәn var idi. Bir dәfә
          bank sahibinin arvadı xanım Vayt Vaynzburqdakı teleqraf idarәsinin
          natәmizliyindәn, oranın üfunәtli havasından teleqraf şirkәtinә
          şikayәt etmişdi, amma bu şikayәtin heç bir xeyri olmamışdı.
          Vaynzburqda cәmi bircә nәfәrin Voş Vilyamza hörmәti var idi.
          Bu adam insanlara qarşı özünün duymağa cәsarәt etmәdiyi nifrәt
          vә qәzәbi Voş Vilyamzın gözlәrindә tapa bilirdi. O hәr dәfә Voş
          Vilyamzı küçәdә görәndә öz ehtiramını göstәrmәkdәn ötrü
          papağını çıxarıb onun qarşısında tәzim etmәk istәyirdi. Dәmir
          yolundakı teleqraf şirkәtlәrinin rәhbәri olan bu adam o vaxtlar
          Voş Vilyamzı işdәn çıxarmamaq üçün Vaynzburqa tәyin etmişdi.
          Xanım Vaytın mәktubu gәlib ona çatanda isә acı bir tәbәssümlә
          yazılanları oxumuş, oxuduqdan sonra da cırıb atmışdı. Vә nәdәnsә
          mәktubu cıranda o, öz arvadını yadına salmışdı.
             Voş Vilyamzın da bir vaxtlar ailәsi olmuşdu. Gәnc yaşlarında
          Ohayonun Deyton әyalәtindә bir qadınla evlәnmişdi. Qadının
          hündür boyu, incә bәdәni, mavi gözlәri, sarı saçları var idi. O
          vaxtlar Voşun özü dә yaraşıqlı bir cavan idi. Onun bu qadına

                                                                  99
   94   95   96   97   98   99   100   101   102   103   104