Page 95 - anderson_Макет 1
P. 95

Macәra

             İyirmi beş yaşı olanda Elis Hindmanın cansıxıcı hәyatında
          iki mühüm hadisә baş verdi. Anası Vaynzburqun fayton rәngsazı
          olan Buş Miltonla evlәndi, Elis özü isә  Vaynzburq Metodist
          kilsәsinә üzv oldu. Elisin tәnhalığı artıq onun üçün qorxuya
          çevrilmişdi, ona görә dә o, tez-tez kilsәyә getmәyә başlamışdı.
          Anasının әrә getmәyi elә bil Elisә tәnhalığını daha çox hiss
          etdirirdi.
             – Artıq yaşım çoxalıb, getdikcә dә qәribәlәşirәm. Ned qayıtsa,
          mәni istәmәyәcәk. Özü dә deyirlәr, onun yaşadığı şәhәrdә kişilәr
          hәmişә cavan qalırlar, qocalmağa vaxtları olmur. – Elis bu sözlәri
          öz-özünә deyәrkәn üzündә tutqun vә mәşum bir tәbәssüm
          yaranmışdı. Elә o an Elis qәrara aldı ki, daha o da insanlara
          qaynayıb-qarışsın, özünә yeni dostlar tapsın. Dördüncü gün
          axşamlar mağaza bağlandıqdan sonra Elis dua elәmәk üçün
          kilsәyә gedәrdi. Bazar günü axşamlar isә Epvors icmasının tәşkil
          etdiyi mәrasimlәrә qatılardı.
             Kilsә mәrasimlәrinә qatılanlar içәrisindә aptek işçisi olan
          Vill Hörli adlı ortayaşlı bir kişi var idi. Bir dәfә o, kilsәdәn
          çıxarkәn Elisi evә ötürmәk istәmişdi. Elis isә onda bu tәklifә
          etiraz etmәmişdi. “Әlbәttә, onun mәnә daha çox yaxınlaşmasına
          imkan vermәyәcәyәm, amma aradabir mәni görmәyә gәlsә, heç
          nә olmaz”, – öz alәmindә Ned Kariyә hәlә dә sadiq qaldığını
          düşünәrәk bu sözlәri deyirdi.
             Nәlәr baş verdiyini anlamadan Elis hәvәssiz-hәvәssiz, amma
          getdikcә artan bir inamla özünә yeni bir hәyat qurmağa çalışırdı.
          Elis vә hәmin әczaçı sakitcә yol boyunca birgә gedәrdilәr. Bәzәn
          qaranlıqda yol getdiklәri vaxt Elis әllәri ilә onun pencәyinә,
          pencәyinin qollarına toxunardı. Evә çatdığı vaxt onların yolu
          ayrılardı. Bir dәfә Elis içәri keçmәdi vә qapının astanasında
          durub onun ardınca baxdı. Elis istәdi ki, onu çağırsın, istәdi ki,
          ondan qaranlıqda evin qabağındakı eyvanda birgә oturmağı xahiş
          etsin. Amma qorxdu. Qorxdu ki, o, düz başa düşmәz.
             “Mәnim istәdiyim o deyil, – öz-özünә dedi, – mәn sadәcә tәk
          qalmaq istәmirәm. İlahi, әgәr ağlımı başıma yığıb özümә gәlmәsәm,
          getdikcә insanlardan daha çox uzaqlaşacam”.

                                                                  95
   90   91   92   93   94   95   96   97   98   99   100