Page 98 - anderson_Макет 1
P. 98

Şervud Anderson



                                  LӘYAQӘT

                Әgәr ömrünüzün hansısa dönәmindә şәhәrdә yaşamısınızsa
            vә günәşli yay günlәrinin birindә yolunuz şәhәrin mәşhur
            zooparkına düşübsә, öz dәmir qәfәsindә gözünü döyә-döyә әtrafa
            baxan, qәribә vә çirkin görünüşü ilә hamını özünә cәlb edәn,
            gözlәrinin altından vә qırmızı rәngli gövdәsindәn tüksüz, eybәcәr
            dәrisi sallanan meymunu görmәmiş olmazsınız. Bu meymun әsl
            bәdheybәtdir. Hәrdәn adama elә gәlir ki, o, öz çirkinliyinin әn
            son hәddindә sanki qәribә gözәlliyә malik bir görkәm alır.
            Uşaqlar onu görәndә heyranlıqlarını gizlәdә bilmir, kişilәr ondan
            necә iyrәndiklәrini gizlәtmәyә cәhd belә göstәrmir, qadınlarsa
            köhnә sevgililәrindәn hansının bu meymuna bәnzәdiyini tapmağa
            çalışaraq qәfәsin önündә azacıq lәngiyirlәr.
                Vә әgәr hәyatınızın hansısa dönәmindә Ohayonun Vaynzburq
            әyalәtindә olmusunuzsa, yәqin ki, siz dә çoxları kimi bu meymunla
            bağlı maraqlı bir sirri çözә bilmisiniz. “O meymun necә dә Voş
            Vilyamza oxşayır!” Güman ki, Voş Vilyamz haqqında ilk sözünüz
            belә olub. Әgәr üstәlik,  Voş  Vilyamzı axşam işdәn çıxdıqdan
            sonra vağzalın hәyәtindә oturan görsәniz, bu oxşarlığı lap çox
            hiss edәcәksiniz: “Elә bil eynәn o meymundu ki, qәfәsindә
            oturub”.
                Teleqraf işçisi olan  Voş  Vilyamz  Vaynzburqun әn eybәcәr
            adamıdır. Onun qarnı yekә, boynu vә ayaqları isә kibrit çöpü
            kimi nazikdir. Üstәlik, hәddәn artıq pintidir. Ona aid olan hәr
            şeydә bu pintiliyin nişanәsini görә bilәrsiniz. Hәtta hәrdәn adama
            elә gәlir ki, bu natәmizlik onun gözlәrinin ağına da sirayәt elәyib.
                Deyәsәn, burda lap ağ elәdim. Demәk olmaz ki, Voş Vilyamza
            aid olan hәr şey pinti vә natәmizdir. O, әllәrinin qeydinә qalmağa
            xüsusi diqqәt yetirir. Barmaqları koppuş olsa da, teleqraf idarәsindә
            sәnәdlәrlә işlәyәrkәn o әllәrin yaraşığını vә zәrifliyini duya
            bilәrsiniz.
                Vәzifәsi aşağı endirildikdәn sonra Vaynzburqun qaranlıq teleq -
            raf idarәsindә işlәmәyә mәcbur olan Voş Vilyamz gәncliyindә
            Ohayonun әn yaxşı teleqraf işçisi sayılırdı. O, hәlә dә bununla
            qürur duyurdu.

          98
   93   94   95   96   97   98   99   100   101   102   103