Page 103 - anderson_Макет 1
P. 103

Lәyaqәt

             Sonra  Voş  Vilyamz sәsini ucaldıb, az qala, qışqıra-qışqıra
          danışmağa başladı:
             – Qonaq otağında düz iki saat gözlәdim. Anası mәni orda
          qoyub harasa getmişdi. Evlәri o vaxtın әn dәbdәbәli evlәrindәn
          idi. O cür ailәlәrә o vaxtlar lәyaqәtli ailәlәr deyirdilәr. Otaqda
          mәxmәr döşәkçәli stullar, bir dә bir divan var idi. Әllәrim,
          ayaqlarım, bütün bәdәnim әsirdi.
             Hәmin vaxt hiss elәdim ki, onu yoldan çıxaran, hәyatımızı
          mәhv elәyәn bütün adamlara, bütün hәr şeyә necә nifrәt elәyirәm.
          Tәk yaşamaqdan canım boğazıma yığılmışdı.  Tәzәdәn onunla
          yaşamaq istәyirdim. Onun qayıtmasını istәyirdim. Orda gözlә -
          dik cә ürәyim daha da yumşalır, halım lap pis olurdu. Elә bilirdim
          ki, o, içәri girib barmaqları ilә mәnә toxunsa, o dәqiqә ürәyim
          gedәcәk. İçimdәn hәr şeyi unutmaq, onu bağışlamaq keçirdi.
             Voş  Vilyamz danışığına ara verib, gözlәrini Corc  Villarda
          zillәdi. Corcun bәdәni sanki soyuqdan titrәyirmiş kimi әsmәyә
          baş ladı. Voş Vilyamz astadan sözünә davam elәdi:
             – O, otağa çılpaq gәldi. Әynindә heç nә yox idi.  Anası
          elәmişdi hamısını. Mәn otaqda oturub gözlәyәndә, yәqin, qızını
          buna mәcbur elәmişdi. Әvvәl dәhlizdәki qapının sәsini eşitdim,
          sonra qonaq otağının qapısı açıldı. Qız utanırdı, gözlәrini döşәmәyә
          zillәyib sakitcә dayanmışdı.  Anası otağa gәlmәmişdi. Qızını
          qapıdan içәri ötürәndәn sonra dәhlizdә dayanıb ümidlә nәyisә...
          bizim nәsә edәcәyimizi gözlәyirdi. Yәqin, elә bilirmiş ki, belә
          elәmәklә bizi barışdıracaq.
             Onlar gәzә-gәzә Meyn küçәsinә çatdılar. Mağazaların işıqları
          pәncәrәdәn yolların kәnarına da düşürdü. Küçәlәr gülüb-danışan
          adamlarla dolu idi. Corc hiss elәyirdi ki, xәstәlәnib, hiss elәyirdi
          ki, yerimәyә taqәti qalmayıb, hiss elәyirdi ki, Voşa qulaq asa-asa
          onun özü dә Voş kimi qocalıb әldәn düşür.
             – Mәn anasını öldürmәdim, –  Voş baxışlarını küçә boyu
          yuxarı-aşağı gәzdirәrәk sözünә davam elәdi. – Stulla cәmi bircә
          dәfә onu vurdum, sonra qonşuları tökülüşüb gәldi. Vuranda elә
          ucadan qışqırdı ki, heç yadımdan çıxmır. Bir aydan sonra
          qızdırmadan öldü. Heyif, bir dә onu öldürmәk imkanım olmayacaq,
          heç vaxt olmayacaq, heç vaxt!..





                                                                  103
   98   99   100   101   102   103   104   105   106   107   108