Page 108 - anderson_Макет 1
P. 108

Şervud Anderson

                – Siz elә bilirsiniz ki, mәn Klivlenddә bu neçә ili Mark
            Hannanı tanımadan yaşamışam? Sizin danışdığınız cәfәngiy -
            yatdır. Hanna ancaq pul haqqında fikirlәşir. Başqa heç nә. Mek
            Kinleyi dә öz әmәllәrinә alәt elәyib. O, Mek Kinleyi elә әvvәldәn
            aldadırdı. Bu dediklәrimi heç vaxt yadınızdan çıxarmayın.
                Pillәkәndәki cavan oğlan daha söhbәtin davamını dinlәmәdi.
            Pillәlәri qalxıb balaca vә qaranlıq dәhlizә daxil oldu. Bu adam la -
            rın sәslәri, danışığı oğlanın beynindә tәzә fikirlәr yarat mış dı. O,
            tәnha idi vә düşünürdü ki, bu tәnhalıq onun xarakterinin bir
            parçasıdır. Düşünürdü ki, bu yalnızlıq duyğusu heç vaxt onu tәrk
            etmәyәcәk. Yandakı dәhlizә burulub küçәyә açılan pәncәrәnin
            qarşısında durdu vә çölә baxdı. Çörәkçi Ebner Qroff öz mağazasının
            arxasında dayanıb qan basmış balaca gözlәrini küçә boyunca
            yuxarı-aşağı gәzdirirdi. Mağazada kimsә çörәkçini çağırırdı,
            amma o, özünü eşitmәzliyә vurmuşdu. Onun әlindә boş süd
            şüşәsi, gözlәrindә isә qәzәbli, kefsiz bir ifadә var idi.
                Vaynzburqda Ses Riçmonda “dәrin adam” deyirdilәr. Küçәdәn
            keçib-gedәrkәn hamı:
                –  Atasına oxşayıb. Bir gün onun kimi hamımızı mәәttәl
            qoya caq. Gözlә, gör, – deyә bir-biri ilә pıçıldaşırdı.
                Qәsәbәdәki söz-söhbәtlәr, insanların bütün sakit adamlar
            kimi ona da göstәrdiklәri hörmәt Ses Riçmondun hәm özünә,
            hәm dә dünyagörüşünә tәsir göstәrmişdi. Әksәr oğlanlar kimi
            Ses çox şeyi öz yaşının imkan verdiyindәn daha dәrin dәrk
            edirdi, amma o nә qәsәbә camaatının, nә dә anasının düşündüyü
            kimi idi. Artıq adәtә çevrilmiş bu sükutunun hansısa xüsusi bir
            sәbәbi yox idi. Ses öz gәlәcәyi ilә bağlı qarşısına heç bir mәqsәd
            qoymamış, hәyatla bağlı heç nә düşünmәmişdi. Dostları deyib-
            gülәrkәn, mübahisә edәrkәn o, bir kәnarda sakitcә dayanar,
            onların әl-qollarını ölçә-ölçә danışmaqlarına sәssizcә tamaşa
            edәrdi. Nә baş verdiyinә, dostlarının nә haqqında danışdığına
            fikir vermәz vә hәmişә düşünәrdi ki, görәsәn, nә zamansa o da
            başqaları kimi nәyәsә qarşı maraq duya bilәrmi?  Vә indi
            yarıqaranlıq dәhlizdә dayanıb pәncәrәdәn çörәkçinin hәrәkәtlәrinә
            baxarkәn fikirlәşirdi ki, kaş onu da hәyata bağlayan nәsә olaydı,
            hәtta Ebner Qroff qәdәr qaşqabaqlı, әsәbi olsa da, yaşamağa
            onun kimi bir sәbәb tapa bilәydi. Ses bir anlıq: “O qoca çәrәnçi

         108
   103   104   105   106   107   108   109   110   111   112   113