Page 105 - anderson_Макет 1
P. 105
Mütәfәkkir
hi sәnin sәbәbi mәqalәlәrin hansındasa onun adının bir müәllimә
ilә hallanması idi. Klәrens belә bir xәbәr yayımladığı üçün
qәzetçini cәzalandırmaq istәsә dә, buna nail ola bilmәmişdi.
Ölümündәn sonra isә mәlum olmuşdu ki, atasından ona qalan
var-dövlәtin böyük bir qismi möhtәkirliyә vә dostlarının tәkidi
ilә etdiyi faydasız yatırımlara xәrclәnib.
Bundan sonra aşağı gәlirlә yaşamağa mәcbur olan Virciniya
Riçmond kәnddә mәskunlaşıb, bütün gücünü oğlunu böyütmәyә
yönәltdi. Әrinin ölümü Virciniyaya çox pis tәsir etsә dә, onun
haqqında yayılan şayiәlәrin heç birinә inanmırdı. Virciniya
hamının ürәkdәn sevdiyi uşaq tәbiәtli, yuxa ürәkli әrinin sadәcә
bәxtsiz vә bugünkü hәyat üçün hәddәn artıq saf, tәmizqәlbli bir
insan olduğunu düşünürdü.
– Atan haqqında çox şeylәr eşidә bilәrsәn. Onların heç birinә
inanmamalısan, – oğluna deyirdi. – Atan yaxşı adam idi, hamıya
qarşı mülayim idi. Onların dediyi kimi möhtәkir olmaq niyyәti
yox idi. Sәnin gözәl gәlәcәyinin olmasını nә qәdәr arzulasam da,
atan kimi yaxşı adam olmaqdan böyük uğur tәsәvvürümә gәtirә
bilmirәm.
Әrinin ölümündәn bir neçә il sonra Virciniya Riçmond
getdikcә artan maddi ehtiyaclarını qarşılamaq üçün özünә iş
axtarmağa başladı. O, vaxtilә stenoqrafiyanı öyrәnmişdi vә çox
keçmәdi ki, әrinin dostları şәhәr mәrkәzindә onun işә düzәlmәsinә
kömәk göstәrdilәr. Mәhkәmәdә stenoqraf kimi işlәmәyә başlayan
qadın hәr sәhәr qatarla işә gedirdi. Mәhkәmә olmadığı günlәrdә
isә vaxtını öz bağında – qızılgül kolları arasında keçirirdi. Onun
şux qamәti, hündür boyu var idi. Qalın, gur saçları qәhvәyi rәngә
çalırdı. Heç vaxt bәzәk vurmadığı üzü çox sadә idi.
Ses Riçmondla anası arasında olan münasibәt hәtta on sәkkiz
yaşında belә Sesin insanlarla davranışına, ünsiyyәtinә tәsirsiz
ötüşmürdü. Oğluna qarşı inamsızlıq Virciniyanı çox vaxt onun
yanında susmağa mәcbur edirdi. Qәfildәn onunla danışmağa
başlayanda isә oğlu gözlәrini zillәyib qadının gözlәrinә baxar vә
bu cür baxdığı zaman başqalarının gözlәrindә yaranan müәmmalı
baxışı anasının da gözlәrindә görmәk istәyәrdi.
105