Page 104 - anderson_Макет 1
P. 104

Şervud Anderson



                               MÜTӘFӘKKİR

                Ses Riçmondun Vaynzburqda anasıyla yaşadığı ev bir zamanlar
            qәsәbәnin әn baxımlı evlәrindәn olmuşdu. Lakin Sesin gәnclik
            vaxtlarında bu ev әvvәlki kimi şöhrәtli deyildi. Bank işçisi Vaytın
            Bakay küçәsindә kәrpicdәn tikdirdiyi böyük evinin ad-sanı hәmin
            evi kölgәdә qoymuşdu. Riçmondların malikanәsi Meyn küçәsindәn
            uzaqda, kiçik bir vadidә yerlәşirdi.  Tozlu yollarla cәnubdan
            qәsәbәyә gәlәn fermerlәr  Yarmarka meydanının әtrafını saran
            qoz meşәliyinin yanından keçib-gedirdilәr. Kәnarlarında üzәrinә
            reklam kağızları vurulmuş çәpәr olan Yarmarka meydanını arxada
            qoyduqdan sonra vadiyә enir vә Riçmondların evinin yanından
            ötüb qәsәbәyә daxil olurdular. Kәndlәrdәki kimi, Vaynzburqun
            şimal vә cәnub әrazilәrinin hamısına meyvә ağacları, gilәmeyvә
            kolları әkilmişdi. Ses hәr sәhәr faytonlara doluşub gilәmeyvә
            yığmağa gedәn, axşamlarsa üst-başları toz içindә qәsәbәyә
            qayıdan oğlanları, qızları, qadınları görürdü. Faytondan faytona
            qışqırıb söz deyәn, bir-biriylә deyә-gülә kobud zarafatlar edәn
            bu adamlar bәzәn Sesi әmәlli-başlı qıcıqlandırırdılar. O, tәәssüf
            içindә fikirlәşirdi ki, nәyә görә bu adamlar kimi ürәkdәn gülә,
            mәnasız zarafatlar edә bilmir, nәyә görә bu yolları hәr gün
            yuxarı-aşağı gedib-gәlәn insanların qaynar dünyasına qatılmağı
            bacarmır.
                Riçmondların evi әhәngdaşından tikilmişdi vә bәzilәri evin
            köhnәldiyini düşünsә dә, o, ildәn-ilә daha da gözәllәşmişdi.
            Amma ötüb-keçәn vaxt evin rәnginә, az da olsa, әl gәzdirmişdi.
            Uzun illәr sonra divarlar qızılı rәngә çalırdı. Damın çıxıntısı
            altında qalan kölgәli yerlәrin isә axşamlar vә yaxud tutqun
            günlәrdә qәhvәyi vә qara rәngә çaldığını görmәk olardı.
                Bu evi Sesin babası tikdirmişdi. O,  Vaynzburqdakı daş
            karxanasının sahibi idi. Öldükdәn sonra bu karxana ilә birgә İәri
            gölündәn on sәkkiz mil şimalda yerlәşәn digәr karxanaların
            hamısı oğlu Klәrens Riçmonda – Ses Riçmondun atasına qalmışdı.
            Qonşularının heyranlığını qazanan, daxilәn çılğın tәbiәtli Klәrens
            Riçmond Ohayonun  Toledo әyalәtindә bir qәzetçi ilә küçәdә
            dava edәrkәn öldürülmüşdü. Qәzetçi ilә arasında yara nan müba -

         104
   99   100   101   102   103   104   105   106   107   108   109