Page 109 - anderson_Макет 1
P. 109

Mütәfәkkir

          Tom  Villard kimi, görәsәn, mәn dә siyasәt haqqında o cür
          hәyәcanla danışa, mübahisә edә bilәrәmmi?” – deyә düşündü vә
          pәncәrәnin yanından uzaqlaşıb, tәzәdәn dәhlizlә dostu Corc
          Villardın otağına tәrәf üz tutdu.
             Corc Villard yaşca Ses Riçmonddan böyük idi. Amma o, bu
          dostluğa Sesdәn daha çox can atırdı. Corc  Villardın işlәdiyi
          qәzetin bir mәqsәdi var idi. Hәr buraxılışda qәzet müxbirlәri
          çalışırdılar ki, qәsәbә camaatının adını qәzetdә mümkün qәdәr
          çox çәksinlәr. Corc otaqda dәli kimi o tәrәfә, bu tәrәfә gedib-
          gәlir, qәsәbәdәn kimin şәhәr mәrkәzinә getdiyini, qonşu kәnddәn
          qayıdan adamın kim olduğunu bircә-bircә kağızına qeyd elәyirdi.
          Bütün günü kağızında qeydlәr aparırdı: “Bu gün samandan
          düzәldilmiş şlyapaları, axır ki, A.P.Rinqletә göndәrdilәr. Cümә
          günü Ed Byerbaum vә Tom Marşal Klivlenddә idi. Tom Sinninqz,
          Volley Roddakı torpaq sahәsindә tәzә tövlә tikir”.
             Bir gün nә zamansa Corcun yazıçı olacağı ilә bağlı fikirlәr
          ona qәsәbә camaatı arasında hörmәt qazandırmışdı vә Corc Seslә
          hәmişә bu haqda danışırdı.
             – Hәyatda yaşamağın әn asan yolu budur, – Corc lovğalanaraq
          hәyәcanla danışırdı. – Tәsәvvür elә ki, istәdiyin vaxt istәdiyin
          yerә gedirsәn, heç kimdәn asılılığın olmur. Amma harda olursan
          ol – Hindistanda, ya da Cәnub dәnizlәrindә qayığın içindә – fәrqi
          yoxdur, yazmalısan. Bir az gözlә, qoy özümü tanıdım. Sonra
          görәrsәn, bu, necә gözәl işdir.
             Corc Villardın otağındakı pәncәrәlәr küçәyә, dәmir yoluna
          vә dәmir yolu stansiyasının qarşısında yerlәşәn Biff Karterin
          qәl yanaltı xanasına tәrәf açılırdı. Ses indi Corcun otağında stulda
          әylәşib döşәmәyә baxırdı. Düz bir saatdır masası arxasında
          oturub karandaşla oynayan Corc  Villard dostunu coşqu vә
          hәyәcanla qarşılamışdı.
             – Bayaqdan bir sevgi hekayәsi yazmağa çalışıram, – Corc
          hәyәcanlı tәbәssümlә dedi vә qәlyanını yandırıb otaqda gәzişmәyә
          başladı. – Bilirsәn nә fikirlәşirәm? Mәn kimәsә vurulmaq, kimisә
          sevmәk istәyirәm. Sәhәrdәn bәri ancaq bu haqda düşünürәm.
          Kimisә sevmәk haqqında. Mәn kimisә sevmәliyәm.

                                                                  109
   104   105   106   107   108   109   110   111   112   113   114