Page 111 - anderson_Макет 1
P. 111

Mütәfәkkir

          deyirdi. – Görәn, bu qәdәr çәrәnçilik etmәkdәn, boş-boş danış -
          maq dan yorulmur?
             Vaynzburqda gilәmeyvә yığımının vaxtı idi vә indi stansiyanın
          perronundakı adamlar içindә tәzә dәrilmiş qırmızı gilәmeyvәlәr
          olan yeşiklәri ehtiyat yolda dayanan iki yük vaqonuna doldururdular.
          Qәrb tәrәfdәn qasırğa gözlәnilsә dә, sәmada iyun günәşi parıldayırdı.
          Küçә lampalarının heç biri yandırılmamışdı. Yük maşınlarının
          arxalarına çıxıb, verilәn yeşiklәri bir-bir yuxarı qaldıran adamlar
          zәif işıqda çәtinliklә gözә dәyirdilәr. Stansiyanın çәmәnliyi
          әtrafına çәkilәn dәmir barmaqlıqların yanında beş-on kişi qәlyan
          çәkә-çәkә kәnd lәtifәlәrindәn danışır, deyib-gülürdülәr. Haradansa
          uzaqlardan qatarın fit sәsi eşidilirdi vә bu sәsi eşidәn işçilәr
          sanki daha hәvәslә işlәyirdilәr.
             Ses otun üstündәn qalxdı, çәpәrin yanındakı kişilәrin qarşısından
          keçib Meyn küçәsinә üz tutdu. O, yeni bir qәrar qәbul etmişdi.
             – Gedәcәm, çıxıb gedәcәm buralardan, – öz-özünә deyirdi. –
          Axı burda nә itim azıb? Hansısa şәhәrә gedib özümә iş tapacam.
          Sabah mütlәq ana ilә bu haqda danışmalıyam.
             Ses Riçmond asta yerişlә Meyn küçәsinә çatdı. Vekerin siqar
          mağazasının vә  Taun Holun yanından keçib Bakay küçәsinә
          gәldi. O, yaşadığı bu doğma torpaqların bir parçası ola bilmәdiyinә
          görә acı bir qüssә içindә idi. Amma günahın özündә olmadığını
          düşündüyü üçün bu qüssә hәlә onun ürәyinin dәrinliklәrinә
          işlәmәmişdi. Ses Hәkim Vellinqin evi önündәki böyük ağacın
          kölgәsindә dayandı vә ağıldankәm Törk Smolletin arabanı itәlәyә-
          itәlәyә yoldan keçmәsinә tamaşa etmәyә başladı. Uşaq ağıl lı bu
          qoca kişi arabanın üstünә çoxlu uzun lövhәlәr yığmışdı. O, yolu
          sürәtlә keçәrkәn sanki oyun oynayırmış kimi, lövhәlәrin tarazlığını
          saxlamağa çalışır vә bunu ustalıqla bacarırdı. “Hә, burda bir az
          yavaşımaq lazımdır, Törk! Dayan, tәlәsmә, ehmalca, ehmalca,
          tәlәsmә, ay qoca!” Qoca kişi öz-özünә qışqırır vә elә gülürdü ki,
          araba üstündәki lövhәlәr, az qala, aşacaqmış kimi yırğalanırdı.
             Vaynzburqda hamının odunçu kimi tanıdığı vә öz qәribәliklәri
          ilә qәsәbә hәyatına әlavә bir rәng qatan bu xatakar qocanı Ses
          yaxşı tanıyırdı. Ses bilirdi ki, Törk Smollet Meyn küçәsinә girәn

                                                                  111
   106   107   108   109   110   111   112   113   114   115   116