Page 113 - anderson_Макет 1
P. 113
Mütәfәkkir
Ses dayandı. Ani bir tәrәddüd keçirdi. Şübhә ilә әtrafa baxıb
davam etdi:
– Mәnlә bir az gәzmәyә yox demәzsәn ki?
Ses vә Helen küçәyә çıxıb ağacların altı ilә addımlamağa
başladılar. Ayın üzünü qatı buludlar örtmüşdü. Onlardan bir az
irәlidә toranlığın içi ilә çiyninә balaca bir nәrdivan almış kişi
gedirdi. Kişi küçәni keçmәmiş dayandı vә nәrdivanı taxta dirәyә
söykәyib, qәsәbәnin işıqlarını yandırdı. Lampaların işığı vә
aşağıya әyilmiş budaqların saldığı kölgә ilә onların yolunda
yarıqaranlıq, yarıişıq içindә qәribә bir mәnzәrә yarandı. Ağacların
hündür budaqlarını yellәdәn külәk quşları yuxudan oyatdı. Quşlar
ağaclardan uçub hәzin-hәzin oxumağa başladılar. Lampalardan
birinin işığında iki yarasa axşam milçәklәrinin dәstәsi әtrafında
fırlana-fırlana onları әhatәyә aldı.
Sesin şalvarı dizdәn idi vә belә geyinmәsi ilk dәfә birlikdә
gәzdiyi bu qız ilә arasında indi bir mәhrәmlik, yaxınlıq yaratmışdı.
Bir vaxtlar Helen Sesә çoxlu mәktub yazmışdı. Ses bu mәktubları
ilk dәfә mәktәbdә kitabının arasında tapmışdı. Onlardan birini
küçәdә qarşısına çıxan uşaq vermişdi. Bәzilәri isә poçtla
göndәrilmişdi.
Mәktublar uşaq xәtti ilә, hüsnxәt qaydası ilә yazılmışdı vә
mәktubu yazan şәxsin romanlardan tәsirlәndiyi dә aşkarca hiss
edilirdi. Ses xanım Vaytın çap kağızları üstündә yazılan bu sevgi
etiraflarının bәzi cümlәlәrindәn tәsirlәnsә dә, onlara cavab
vermәmişdi. O, mәktubları paltosunun cibinә qoyub küçәyә
çıxmış, yaxud da mәktәbin hәyәtindә hasarın yanında dayanıb
ürәyindәki yanğılı duyğuları anlamağa çalışmışdı. Qәsәbәdәki
әn varlı vә әn gözәl qızın onu seçmәsi Sesi, әlbәttә ki, sevindirmişdi.
Helen vә Ses küçә ilә üzbәüzdәki qaranlıq vә alçaq binanın
yanında, hasarın qarşısında dayandılar. Bu bina bir vaxtlar taxta
çәllәklәr düzәldәn fabrik idi, indi isә bomboş vә istifadәsiz
qalmışdı. Küçәnin o biri üzündәki evin eyvanında bir qadınla
kişi öz uşaqlıqları haqqında danışırdı. Onların sәsi bir-birindәn
utanıb-çәkinәn bu cavan oğlanla qıza da gәlib çatırdı. Sonra o
sәs döşәmәyә sürtülәn stulun ayaq sәslәri ilә әvәz edildi. Qadınla
kişi eyvandan düşüb, çınqıllı cığırla taxta darvazaya tәrәf gәldilәr.
Qapıdan çölә çıxan kişi әyilib qadını öpdü vә:
113